Sosial darvinizmin ən qızğın tərəfdarları arasında kommunistlər hər zaman önəmli yer tutmuşdur.

osial darvinizm ərəb sosializminin yaranmasına və yayılmasına necə səbəb olmuşdur? Milyonlarla məzlum insanın ölməsinə səbəb olan bu ideologiya ərəb ölkələrinə necə sızmışdır? Darvinist-kommunist fikir sisteminin ərəb xalqı üzərindəki dağıdıcı təsiri nələr olmuşdur? Cənab Adnan Oktarın bu mövzu haqqındakı açıqlamaları nələrdir? Dünyada böyük təsir yaradan "Yaradılış Atlası" adlı əsəri və digər əsərləri milyonlarla insan tərəfindən oxunan cənab Adnan Oktar, Allah'ın izni ilə, hansı önəmli hadisələrə səbəb olmuşdur?

Sosial darvinizmin ən qızğın tərəfdarları arasında kommunistlər hər zaman önəmli yer tutumuşdur. Darvinizm və kommunizm arasındakı bu əlaqə hər iki “izm”in qurucularına qədər gedib çıxır. Kommunizmin qurucuları Marks və Engels, Darvinin “Növlərin mənşəyi” adlı kitabı yayımlanan kimi oxumuş və kitabdakı “dialektik materializm” yanaşmasına heyran olmuşlar. Marks və Engels arasındakı məktub yazışmaları hər ikisinin də Darvinin nəzəriyyəsini “kommunizmin təbiət elmləri baxımından əsası” kimi qəbul etdiyini göstərir. Belə ki, Engels Darvinin də təsiri ilə qələmə aldığı “Təbiətin Dialektikası” adlı kitabında Darvinə heyranlığını bildirmiş və “meymundan insana keçiddə əməyin rolu” adlı bölmədə təkamül nəzəriyyəsinə öz düşüncəsinə görə əlavələr etməyə çalışmışdır.


Dünyanı fəlakətə bürüyən bütün ideologiyaların əsas səbəbi Darvinizmdir.

Marks və Engelsin yolunu izləyən Plexanov, Lenin, Trotski və Stalin kimi rus kommunistlərinin hamısı Darvinin təkamül nəzəriyyəsini mənimsəyiblər. Rus kommunizminin qurucusu sayılan Plexanov "marksizm, darvinizmin sosial elmlərə tətbiq olunmasıdır" sözü ilə məşhurdur.[i]

Trotski isə "darvinizm dialektik materializmin ən böyük zəfəridir" şəklində açıqlama vermişdir.[ii]

Kommunist cəmiyyətlərin meydana gəlməsində "darvinizm təliminin"böyük rolu var. Məsələn, Stalinin gəncliyində dindar ikən Darvinin kitabları ilə ateist olduğu da tarixçilər tərəfindən bildirilən bir həqiqətdir.

Kommunist rejimi Çində quran və milyonlarla insanı qətl edən Mao isə qurduğu bu nizamın fəlsəfi əsasını təşkil edən "Çin sosializminin təməli Darvinə və təkamül nəzəriyyəsinə əsaslanır" deyərək mənimsədiyi üslubu açıq-aşkar elan etmişdir.[iv]

Qısacası, təkamül nəzəriyyəsi ilə kommunizm arasında möhkəm əlaqə var. Təkamül nəzəriyyəsi canlıların təsadüf məhsulu olduğunu iddia etməklə ateizmə “elmi” zəmin hazırlamışdır. Tamamilə ateist ideologiya olan kommunizm də bu səbəbdən darvinizmə bağlıdır. Məhz darvinist-materialist düşüncə üzərində qurulan kommunizmin 20-ci əsr boyu təkcə ərəb torpaqlarında milyonlarla şəxsi qətl etdiyini düşünsək, darvinizmin dünyaya gətirdiyi fəlakətin ölçüsünü daha yaxşı bilmək mümkün olur.

Karl Marks
Fridrix Engels

Josef Stalin

Lev Trotski
Vladimir İliç Lenin
Georgi Plexanov
Marks və Engelsin yolunu izləyən Plexanov, Lenin, Trotski və Stalin kimi rus kommunistlərinin hamısı Darvinin təkamül nəzəriyyəsini mənimsəyiblər.

Suriyada baş verən hadisələr ancaq İttihadi-İslamla sona çatar.

Suriyada yaşayan hər kəs zülm altındadır, İttihadi- İslam hamı üçün həll yolu olacaq.

20-ci əsrdə müsəlmanların vəziyyəti
Osmanlının ardınca Ərəb Dünyasında inkişaf edən ərəb sosializmi
Darvinist,kommunist fikri sistemi ərəb ölkələrində iqtidarı necə addım-addım irəli keçirdi?
Darvinist-kommunist Fikir Sisteminin Ərəb Xalqı Üzərindəki Sarsıdıcı Təsiri

Ərəb dünyasının kommunist liderləri

- 1. İraq- Səddam Hüseyn
- 2.
Liviya- Müəmmər əl- Qəddafi
- 3.
Fələstin – George Habash
- 4.
Suriya- Hafiz Əsəd
- 5.
Misir- General Camal Əbdül Nasir
- 6.
Əl-Cəzair - Əhməd Ben Bella 
- 7.
Tunis – Həbib Burgiba
- 8.
Yəmən – İman Əhməd
- 9.
İran şahı- Pəhləvi Xanədani

Nəticə:Türk İslam Birliyi Allah’ın izni ilə, İslamın Qızıl Əsrinə səbəb olacaq.

Ərəb Kommunizminin ideoloqları

Cənab Adnan Oktarın ərəb ölkələrində hakim olan darvinist-materialist fikir sistemi ilə bağlı açıqlamaları

Misir rəhbərliyinin Qəzza mövzusundakı mövqeyinin səbəbi darvinizmdir


Adnan Oktarın Islamonline.net Saytındakı müsahibəsi
(27 Mart 2009)


 

Müəllif haqqında - Digər saytlar - Bizimlə əlaqə - Üzv ol -

Bu saytdakı bütün məlumatları saytı istinad göstərmək şərti ilə heç bir ödəniş etmədən köçürə bilərsiniz. erebdunyasindadarvinistfitne.com

Qurani-Kərim - Bizə Dəstək olun - Hədislər

Bu sayt Harun Yəhya əsərləri ilə hazırlanmışdır.
www.adnanoktar.az